İnquşetiyada 3 silahlı şəxs öldürülüb

İnquşetiyada 3 silahlı şəxs öldürülüb
# 28 avqust 2012 07:21 (UTC +04:00)
Bakı - APA. Rusiya Federasiyası İnquşetiya Respublikasının Malqobek rayonu ərazisində keçirilən xüsusi əməliyyat zamanı 3 silahlı şəxs öldürülüb, bir neçəsi yaxalanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bir neçə ünvanda əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları külli miqdarda silah-sursat və partlayıcı maddələr aşkarlayıb.

Xatırladaq ki, avqustun 19-da Malqobekdə həlak olmuş polisin dəfni zamanı baş verən partlayışda respublika Daxili İşlər Nazirliyinin 8 əməkdaşı ölüb, 15 nəfər yaralanıb. Partlayışı terrorçu-kamikadze törədib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR