BFB-də Azərbaycan İpoteka Fondunun istiqrazları yerləşdirilib

BFB-də Azərbaycan İpoteka Fondunun istiqrazları yerləşdirilib
# 23 fevral 2012 15:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 20 mln. manat təşkil edən, AZ200400868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının sonuncu 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, istiqrazlar cari qiymətlə satışa çıxarılıb. Hərracda 3 investor iştirak edib.

Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) üstələyərək 36 497 000 manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib.

Beləliklə, bu istiqrazların dövriyyədəki həcmi 20 mln. manata çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR