Tiflisdə Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının I Regional Konfransı keçirilir

Tiflisdə Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının I Regional Konfransı keçirilir
# 09 oktyabr 2012 10:37 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Gürcüstanın paytaxtı Tiflis şəhərində Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının I Regional Konfransı keçirilir. APA-nın məlumatına görə, tədbirdə iştirak etmək üçün Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan dövlət qurumları, Avropa Komissiyasının nümayəndələri və QHT sektorunu təmsil edən 120-dən artıq iştirakçı dəvət olunub. Ölkəmizi konfransda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Tədbirdə altı ölkə üzrə mədəniyyət siyasətinə dair təməl araşdırmaları, ümumi regional tədqiqatın hesabatı təqdim olunacaq və həmin mövzuya dair hökumət idarəçiliyi ilə vətəndaş cəmiyyəti təşəbbüslərinin ümumi meyarlar üzrə işlərinin qurulması, regionun inkişafında mədəniyyətin strateji rolu və digər məsələlər üzrə müzakirələr olacaq.

İclasda xüsusi təqdimatlara da yer ayrılıb. Bununla əlaqədar, Azərbaycan nümayəndə heyətinin konfrans iştirakçıları qarşısında ölkəmizdə keçirilən tədbirlər və islahatlar, həmçinin Bakıda ikinci dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında çıxışı nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR