Azərbaycan prezidenti Estoniyanın Müstəqillik Günü münasibətilə bu ölkənin prezidentinə təbrik məktubu göndərib

Azərbaycan prezidenti Estoniyanın Müstəqillik Günü münasibətilə bu ölkənin prezidentinə təbrik məktubu göndərib
# 23 fevral 2012 15:49 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Estoniya prezidenti Toomas Hendrik İlvesə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, prezident eston həmkarını bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. Məktubda deyilir:

“Hörmətli cənab Prezident, əziz dostum, Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm. Əminəm ki, Azərbaycan ilə Estoniya arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrimizin əhatə dairəsinin genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik. Belə bir əlamətdar gündə, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR