İsrail ölkənin şimalında raket əleyhinə “Patriot” sistemləri yerləşdirib

İsrail ölkənin şimalında raket əleyhinə “Patriot” sistemləri yerləşdirib
# 09 oktyabr 2012 01:35 (UTC +04:00)
Bakı-APA. İsrail müdafiə nazirliyi bildirib ki, ümumi hərbi hazırlığın yüksəldilməsi çərçivəsində ölkənin şimalında “Patriot” raket əleyhinə sistemlər yerləşdirilib.
APA-nın İTAR-TASS agentliyinə verdiyi xəbərə görə, bu addımın hansı səbəbdən bu gün atıldığına dair məlumat verilmir. Bəzi ekspertlər bu qərarın Türkiyə prezidenti Abdulla Gülün Suriyada hadisələrin mənfi ssenariyə üzrə hərəkət etdiyi barədə verdiyi açıqlamadan sonra qəbul olunduğu qənaətindədirlər.
Keçmişdə İsrail “Patriot” sistemləri döyüş vəziyyətinə yalnız ABŞ-la bərgə təlimlər vaxtı və ya bölgədə vəziyyətin kəskin gərginləşməsi zamanı gətirilirdi.
Bəzi məlumatlara görə, bu addım oktyabrın 6-da Qəzza bölgəsindən İsrailin Negev səhrasına pilotsuz kəşfiyyat təyyarənin daxil olmasından sonra atılıb. Bu səhrada İsrailin məxfi nüvə obyektləri yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR