Sergey Lavrov: “Qərb bizi şantaj edir”
16 iyul 2012 10:59 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Qərb bizi BMT Təhlükəsizlik Şurasının Suriyadakı beynəlxalq müşahidəçilər missiyasının mandatının vaxtını uzatmamaqla təhdid edir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə deyib. O bildirib ki, Qərb Rusiyanın BMT TŞ-nın 7 saylı qətnaməsinin qəbuluna razılıq verməsini istəyir: “Bizi şantaj edirlər ki, əgər qətnamənin qəbuluna razılıq verməsək, onda BMT TŞ-nin beynəlxalq müşahidəçi missiyasının mandatının uzadılmasından imtina edəcəklər”.
S. Lavrov konfliktin həllinə bu cür yanaşmanın təhlükəli olduğunu söyləyib: “Müşahidəçilərdən bu cür istifadə yolverilməzdir. Beynəlxalq müşahidəçilərin əsas vəzifəsi Suriyada baş verənləri obyektiv qiymətləndirmək və baş verən insidentləri araşdırmaqdan ibarətdir. Biz beynəlxalq müşahidəçilər missiyasının mandatının uzadılmasına çalışacağıq”.

MDB
Ukrayna Belqorod şəhərində onmərtəbəli binaya zərbə endirib, ölənlərin sayı 13 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-9
00:39
13 may 2024
Kreml müdafiə naziri postuna mülki şəxsin təyin olunmasına aydınlıq gətirib
23:03
12 may 2024
Putin Andrey Belousovun müdafiə naziri təyin edilməsini təklif edib
22:50
12 may 2024
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
22:40
12 may 2024