Göygöldə avtomobil yeniyetməni vurub, vəziyyəti orta ağırdır

Göygöldə avtomobil yeniyetməni vurub, vəziyyəti orta ağırdır
# 11 sentyabr 2016 10:41 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə piyadanı avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.

Kənd sakini, 2002-ci il təvəllüdlü Aslan Tağıyev yolu keçən zaman markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü avtomobillə qəza yerindən qaçıb. Müxtəlif bədən xəsarətləri alan 14 yaşlı oğlan Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR