Xaçmazda yük və minik maşınları toqquşub, ölən var

Xaçmazda yük və minik maşınları toqquşub, ölən var
# 29 dekabr 2015 20:30 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün axşam saatlarında Gəndob -Yalama yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA -nın şimal bürosunun məlumatına görə, qəza magistralın 32-ci km-də qeydə alınıb. 10 RM 567 dövlət nömrə nişanlı "VAZ 2107 " markalı minik maşını və Rusiya dövlət nömrə nişanlı "Tır" tipli yük maşını toqquşub.

Qəza nəticəsində minik maşınının sürücüsü hadisə yerində ölüb. Sürücünün kimliyini hələləlik müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR