“Finex kredit" 14%-lik gəlirliliklə istiqrazlar buraxır

“Finex kredit" 14%-lik gəlirliliklə istiqrazlar buraxır
# 18 dekabr 2015 07:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Finex kredit" ASC-nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınıb.

Bakı Fond Birjasından (BFB) “APA-Economics”ə verilən məlumata görə, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də həyata keçiriləcək.

İstiqrazların hər birinin nominal dəyəri 500 ABŞ dolları, sayı 390 ədəd, emissiyanın ümumi həcmi isə 195 000 ABŞ dolları təşkil edir.

İstiqrazların tədavül müddəti 1080 gün, faiz dərəcəsi 14%, faiz ödəniş dövrünün müddəti 3 aydan birdir.

Yerləşdirmədə anderrayter qismində “Texnika Kapital Menecment” MMC çıxış edir.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR