Azərbaycanlı sahibkarlar Livanda keçiriləcək investorların konfransına dəvət alıb

Azərbaycanlı sahibkarlar Livanda keçiriləcək investorların konfransına dəvət alıb
# 03 noyabr 2015 13:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ərəb Dövlətləri Liqası - Orta Asiya-Azərbaycan iş adamları və investorlarının I konfransı keçiriləcək.

Bu barədə “APA-Economics”ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Məlumata görə, Ərəb Dövlətləri Liqası, Orta Asiya və Azərbaycan iş adamları və investorlarının 1-ci konfransı bu ilin dekabr ayının ortalarında Livanın paytaxtı Beyrut şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Konfransda iştirak etmək istəyən sahibkarlar noyabrın 13-nə qədər “Azpromo”ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR