Qarşıdakı 4 ildə Azərbaycanda orta aylıq əmək haqqı 12%-ə yaxın artacaq

Qarşıdakı 4 ildə Azərbaycanda orta aylıq əmək haqqı 12%-ə yaxın artacaq
# 25 sentyabr 2015 12:11 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində qeyd olunub ki, 2016-cı ildə ölkədə orta aylıq əmək haqqı 474,5 manata çatacaq. Bu, 2015-ci ilin gözlənilən göstəricisindən 1,7% çoxdur.

Sənədə nəzər salanda məlum olur ki, 2017-2019-cu illərdə də ölkə üzrə orta aylıq əmək haqqında artım templəri davam edəcək. Belə ki, 2017-ci ildə orta aylıq əmək haqqı 491,4 manata bərabər olacaq ki, bu da 2016-cı il ilə müqayisədə 3,6% çox deməkdir.

2018-ci ildə bu göstəricinin 2017-ci ilə nisbətən 3% artaraq 506,1 manata çatacağı proqnozlaşdırılır. 2018-ci ildə olduğu kimi 2019-cu ildə orta aylıq əmək haqqı üzrə 3%-lik artım gözlənilir. Başqa sözlə, hesablamalara görə, 2019-cu ildə orta aylıq əmək haqqı 521,3 manat təşkil edəcək. Bu, 2015-ci ilin göstəricisindən təxminən 11,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR