“Kapital Bank” İqtisad Universitetinin tələbələri üçün infotur keçirib

“Kapital Bank” İqtisad Universitetinin tələbələri üçün infotur keçirib
# 19 noyabr 2015 12:29 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Kapital Bank”ın İnsan Kapitalı Mərkəzi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin “SABAH” qruplarında təhsil alan 20 tələbə üçün infotur təşkil edilib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, infoturun əsas məqsədi tələbələri bankın iş prinsipi ilə tanış etmək, onlara gələcək karyera seçimində istiqamət vermək və bank sektorunda çalışmağın üstünlüklərini açıqlamaqdır.

Məlumatlandırıcı sessiyada “Kapital Bank”ın İnsan Resurslarının İdarə edilməsi departamentinin əməkdaşları Elçin Nəsibov, Sabir Mustafayev, Pərakəndə Bankçılıq departamentinin Satışlara dəstək şöbəsinin rəisi Fərid Həsənov müxtəlif təqdimatlarla çıxış edərək, tələbələrə bankın fəaliyyəti, risklərin idarə olunması, kredit və depozit əməliyyatları, həmçinin, ümumi bankçılıq haqqında müfəssəl məlumat veriblər.

Məruzədən sonra bankın əməkdaşları tələbələri maraqlandıran məqamlara da aydınlıq gətirib. Daha sonra kompüter qarşısında əyləşən tələbələrə “FLEX CUBE” bank əməliyyat sistemində müştərilərə cari hesabların açılması prosesi və qaydaları əyani şəkildə nümayiş olunub.

Sonda “Kapital Bank”ın İnsan Resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova banka işə qəbul prosedurları, təcrübə proqramları, karyera seçimi, və digər məsələlərlə bağlı tələbələrin çoxsaylı suallarını cavablandırıb. F. Məmmədova bildirib ki, gələcəkdə bankın korporativ sosial məsuliyyətli layihələri çərçivəsində müxtəlif təhsil yönümlü proqramların təşkili nəzərdə tutulub. Həmin proqramlar ali iqtisadi təhsil alan tələbələr üçün Kapital Bankda təcrübə keçmək imkanı qazandıracaq. İnfoturun sonunda bankın əməkdaşları tələbələrə hədiyyələr təqdim edib və xatirə şəkli çəkdiriblər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. “Kapital Bank”ın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə “Kapital Bank”ın filiallarında və pay.kapitalbank.az saytında həyata keçirə bilərlər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR