Bank Of Baku

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır: Afrika dövlətlərinə qarşı selektiv yanaşma var

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır: Afrika dövlətlərinə qarşı selektiv yanaşma var
# 27 iyul 2026 19:01 (UTC +04:00)

Çad hökuməti BMT-nin Baş katibinə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) təsis sənədi olan Roma Statutundan çıxmaq barədə rəsmi bildiriş göndərib.

APA xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında bildirilir ki, qərar BCM-in 2002-ci ildən bəri fəaliyyətinin ətraflı təhlilindən sonra qəbul edilib. Rəsmi Ndjamena hesab edir ki, məhkəmənin fəaliyyəti "məhdud effektivlik" nümayiş etdirib və Afrika ölkələrinə qarşı açıq selektivlik göstərib.

Çad XİN-in təqdim etdiyi statistikaya görə, 2002-ci ildən bəri aparılmış 13 istintaqın 9-u Afrika dövlətləri ilə bağlıdır, digər regionlarda isə cəmi 4 araşdırma aparılıb.

Bundan başqa, məhkəmənin nəzarətində olan 7 nəfərdən 6-sı Afrika ölkələri üzrə işlərə görə saxlanılıb. Çad hökuməti hesab edir ki, bu rəqəmlər məhkəmənin fəaliyyətinin əsasən Afrika və ümumilikdə Qlobal Cənuba yönəldiyini göstərir.

Bununla yanaşı, Çad hökuməti vurğulayıb ki, BCM-dən çıxmaq qərarı ağır cinayət törədən şəxslərin cəzasız qalmasını dəstəkləmək anlamına gəlmir.

Bəyanatda qeyd olunur ki, ölkə beynəlxalq öhdəliklərinə sadiq qalır və hesab edir ki, milli məhkəmələr, eləcə də Afrika qitəsinin hüquq mexanizmləri bu missiyanı yerinə yetirmək üçün artıq kifayət qədər imkanlara malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR