Misir və Almaniya xarici işlər nazirləri görüşüb

Misir və Almaniya xarici işlər nazirləri görüşüb
# 09 yanvar 2024 12:18 (UTC +04:00)

Almaniya xarici işlər naziri Annalena Berbok misirli həmkarı Sameh Şukri ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş Almaniya xarici işlər nazirinin Qahirəyə səfəri çərçivəsində baş tutub.

Xatırladaq ki, Annalena Berbok yanvarın 6-dan regionda səfərdədir. O, daha əvvəl İsrailə və Fələstinə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib.

Səfərdən əvvəl Almaniya XİN sözçüsü bildirmişdi ki, Annalena Berbokun görüşlərində Qəzzada humanitar durum, İordan çayının qərb sahilindəki vəziyyət və İsrail-Livan sərhədindəki son dərəcə qeyri-sabit vəziyyət, həmçinin HAMAS-ın götürdüyü girovların azad edilməsi üçün səylər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR