Bank Of Baku

Namibiyanın ilk prezidenti Sem Nujomanın vəziyyəti ağırdır

Sem Nujoman

© APA | Sem Nujoman

# 02 fevral 2025 17:51 (UTC +04:00)

Müstəqil Namibiya Respublikasının qurucu prezidenti, 95 yaşlı Sem Nujomanın vəziyyəti ağırdır və yerli xəstəxanada müalicə olunur.

APA xəbər verir ki, bu barədə Namibiyanın NBC dövlət televiziya və radiostansiyası eks-prezidentin oğlu Utoni Nujomaya istinadən məlumat yayıb.

Utoni millətdən atası üçün dua etməyi xahiş etdi.

Sem Nujoma 1960-cı ildə Cənub-Qərbi Afrika Xalq Təşkilatının həmtəsisçisi olub, milli azadlıq hərəkatı ölkəni 1990-cı ildə irqçi Cənubi Afrikadan müstəqilliyə aparıb. O, 1990-2005-ci illərdə prezident olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR