Bank Of Baku

Nigeriyada daşqın nəticəsində 21 nəfər ölüb

Nigeriyada daşqın nəticəsində 21 nəfər ölüb
# 29 may 2025 21:38 (UTC +04:00)

Nigeriyanın mərkəzi hissəsində baş verən güclü daşqınlar nəticəsində 20-dən çox insan ölüb.

APA xəbər verir ki, bu barədə “Daily Nigerian” qəzeti məlumat yayıb.

Məlumata görə, 3 nəfərin həyatı xilas edilərək Mokva şəhərinin mərkəzi xəstəxanasına yerləşdirilib.

İndiyədək 21 nəfərin meyiti tapılıb, daha 10 nəfər itkin düşmüş hesab olunur. Daşqın nəticəsində 50 ev su altında qalıb.

Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR