Somalidə BMT-nin helikopterinə hücum zamanı bir neçə ukraynalı girov götürülüb

Somalidə BMT-nin helikopterinə hücum zamanı bir neçə ukraynalı girov götürülüb
# 13 yanvar 2024 04:10 (UTC +04:00)

Ukraynanın 4 vətəndaşı Somalidə “Aş-Şabab” terror qruplaşmasının yaraqlıları tərəfindən girov götürülüb.

APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko bildirib.

Onlar BMT-nin hücuma məruz qalan helikopterinin ekipaj üzvləri olub.

"Ukrayna Xarici İşlər Nazirliyi Somali ərazisində hökumət əleyhdarlarının nəzarətində olan ərazidə 4 ukraynalının əsir götürüldüyünü təsdiqləyir. Vətəndaşlarımız BMT-nin Somalidəki missiyasının qəzaya uğrayan helikopterinin ekipaj üzvləri olub. Onların şəxsiyyəti müəyyənləşdirilib”, - Nikolenko feysbukdakı səhifəsində yazıb.

O, helikopterin göyərtəsində ukraynalılardan başqa daha beş əcnəbinin də olduğunu qeyd edib.

“Helikopter Ukraynanın BMT-nin sifarişi ilə daşınma müqaviləsini yerinə yetirən özəl şirkətinə məxsusdur”, - nazirliyin rəsmi nümayəndəsi bildirib.

Yanvarın 10-da bildirilib ki, “Aş-Şabab” radikal qruplaşmasının yaraqlıları təcili eniş edən BMT helikopterinin ekipajını ələ keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR