Bank Of Baku

Sudanda 300-dən çox üsyançı ordu tərəfinə keçib

Sudanda 300-dən çox üsyançı ordu tərəfinə keçib
# 19 avqust 2026 22:26 (UTC +04:00)

Sudanda Çevik Dəstək Qüvvələrinin (ÇDQ) 318 döyüşçüsü ölkə ordusunun tərəfinə keçib.

Bu barədə “Africanews” məlumat yayıb.

Məlumata görə, qrupa general-mayor Musa Əli Əhməd rəhbərlik edir. Döyüşçülər silah və digər hərbi texnika ilə təchiz olunmuş təxminən 50 hərbi maşınla Şimal əyalətindəki Əd-Dabba şəhərinə gəliblər.

Əli Əhməd ÇDQ-dan ayrılmaq qərarını bölmədə institusional idarəetmənin olmaması ilə əsaslandırıb. O, dəstəsinin Sudanın birliyi və sabitliyi uğrunda ordu sıralarında döyüşməyə hazır olduğunu bildirib.

ÇDQ bu keçidlə bağlı məlumatı şərh etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR