Şirvanda polis əməkdaşları intihara cəhd edən qızın həyatını xilas ediblər

Şirvanda polis əməkdaşları intihara cəhd edən qızın həyatını xilas ediblər
# 21 oktyabr 2017 15:27 (UTC +04:00)

Şirvanda mühafizə polisinin əməkdaşları intihara cəhdin qarşısını alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 20-də saat 14.00 radələrində magistral yolun Şirvan şəhəri ərazisindən keçən hissəsindəki körpüdə xidmətdə olan Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları - polis serjantları Rəşad Əliyev və Həmid Əhmədov oradan keçənlərin arasında səssiz dayanaraq Kür çayına baxan qızın hərəkətləri şübhə doğurduğundan onu diqqətlə izləməyə başlayıblar.


Həmin qızın qəflətən məhəccərin digər tərəfinə keçdiyini görən əməkdaşlar dərhal ona yaxınlaşıblar. Qız özünü çaya atmaq istəyib. Fikrini yayındırmaq üçün polis əməkdaşları gənc xanımı söhbətə tutublar və ani hərəkətlə onu tutaraq təhlükəsiz əraziyə çıxarıblar.


Şirvan Şəhər Polis Şöbəsinə təhvil verilən qızın Sabirabad rayonunun Qarağac kənd sakini olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR