Özünü "bank makleri" kimi təqdim edərək vətəndaşları aldadan şəxsə hökm oxunub

Özünü "bank makleri" kimi təqdim edərək vətəndaşları aldadan şəxsə hökm oxunub
# 16 fevral 2018 12:05 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Qəzənfər Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Q. Qəhrəmanov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Q. Qəhrəmanov özünü "bank makleri" kimi təqdim edərək, ayrı-ayrı vətəndaşların adına "Muğanbank"dan külli miqdarda kredit alacağını vəd edib, lakin onları aldadıb. Bu yolla o, zərərçəkmişlərə 11 min manatdan çox ziyan vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR