Qaraçuxurda yeni qaz kəmərinin çəkilişinə başlanılıb

Qaraçuxurda yeni qaz kəmərinin çəkilişinə başlanılıb
# 06 mart 2019 12:20 (UTC +04:00)

“Azəriqaz” İstehalat Birliyi Qaraçuxur qəsəbəsində polietilen boru ilə yeraltı daşıyıcı qaz kəmərinin çəkilişinə başlayıb. ONA-nın quruma istinadən verdiyi məlumata görə, uzunluğu 1400 metr olacaq qaz kəməri Etibar Bəkirov, Yusif Eyvazov, Cəlal Qurbanov və Əhməd Mehbalıyev küçələrindən keçərək 1941-45 adlanan parkın sonunda mövcud şəbəkəyə birləşdiriləcək.

Kəmər həmin ərazidə istismarda olan və korroziyaya uğramış metal boru ilə çəkilmiş yeraltı qaz kəmərini əvəz edəcək. Hazırda həmin kəmərin 350 metrlik hissəsində işlər başa çatdırılıb. Qalan hissənin çəkilməsi üçün isə torpağın qazılması və daşınması davam etdirilir. Aparılan işlərin qısa zaman ərzində başa çatdırılması nəzərdə tutulub. Yeni layihə Qaraçuxur və Yeni Günəşli qəsəbələrində ümumilikdə 15000-ə yaxın abonentin dayanıqlı təbii qazla təmin olunmasına imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR