Ötən il banklar 173 mln. manatlıq ipoteka krediti verib

Ötən il banklar 173 mln. manatlıq ipoteka krediti verib
# 15 yanvar 2018 12:33 (UTC +04:00)

2017-ci ilin noyabr ayında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına banklar tərəfindən 23,5 mln. manat həcmində ipoteka krediti verilib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, oktyabr ayı ilə müqayisədə 26,34% və ya 4,9 mln. manat artım deməkdir. Bununla belə, ötən ilin 11 ayında banklar tərəfindən 172,6 mln. manatlıq ipoteka krediti verilib.

Ötən ilin noyabr ayında dövlət büdcəsindən AİF-ə 4,7 mln. manat həcmində vəsait ayrılıb.

2017-ci ilin noyabrında AİF 21,1 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Noyabrda Bakı Fond Birjasında 25 mln. manatlıq AİF istiqrazları yerləşdirilib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, ötən il dekabrın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 44 435,6 manat, orta müddəti 281 ay, orta faiz dərəcəsi 6,64%, aylıq ödəniş isə 317,3 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR