Lənkəranda “Narkomaniyaya və zərərli vərdişlərə yox deyək” mövzusunda tədbir keçirilib - FOTOSESSİYA

Lənkəranda “Narkomaniyaya və zərərli vərdişlərə yox deyək”  mövzusunda tədbir keçirilib  - <span style="color: red;">FOTOSESSİYA
# 25 iyun 2015 20:21 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. İyunun 25-də Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya və zərərli vərdişlərə yox deyək” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, tələbə və müəllimlər iştirak ediblər.

Gənc nəsildə narkomanlıq və zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması məqsədilə keçirilən tədbir mövzuya həsr olunmuş sərgiyə baxışla başlayıb.

Ardınca akt zalında davam edən tədbirdə iştirakçılara narkotik vasitələr, onların insan orqanizmində yaratdığı ölümcül xəstəliklər haqqında video-çarx nümayiş olunub.

Sonra tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərdən danışıb. Qeyd olunub ki, dünyada, eləcə də respublikamızda narkomaniya ilə mübarizə sahəsində xeyli işlərin görülməsinə baxmayaraq, hələ də bu sahədə problemlər mövcuddur. İcra başçısı narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən və keçirilən tədbirlərdən söhbət açaraq qeyd edib ki, bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyət də fəal iştirak etməlidir.

Daha sonra ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi Möhübbət Hüseynov, Lənkəran rayonlararası narkoloji xəstəxanasının baş həkimi Vüqar Əliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi İzzət Əsgərov və başqaları çıxış edərək bu ümumbəşəri bəlanın gələcək genefondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışıblar. Bildirilib ki, Lənkəran rayonlararası Narkoloji xəstəxanada qeydiyyatda olan şəxslərdən ən kiçiyinin 14 yaşı var. Narkomanlar arasında 10-u qadındır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə narkoloji xəstəxanada qeydə alınan narkomanların sayı iki dəfə artmaqla 1235-dən 2143 nəfərə yüksəlib. Rayonda narkotiklərə qarşı aparılan mübarizə tədbirlərinin statistikası da artımdan xəbər verir. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi zamanı satış hallarının faizi 70% təşkil edib. 2014-cü ildə Şəhər-Rayon Polis Şöbəsi tərəfindən 11 kq güclü təsiredici vasitə dövriyyədən çıxarıldığı halda, cari ilin altı ayında bu göstərici 7 kq təşkil edir.

Çıxışlarda bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyini artırmağın zəruriliyi dönə-dönə vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR