Azad Rəhimov Yunanıstana səfərə gedib

Azad Rəhimov Yunanıstana səfərə gedib
# 26 sentyabr 2014 09:14 (UTC +04:00)

Bakı-APA. Gələn il Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşkil edəcəyi tədbirlərdə iştirak etmək məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov Yunanıstanın paytaxtı Afinaya səfərə gedib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, tədbir zamanı Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər barədə Yunanıstan ictimaiyyətinə ətraflı məlumat veriləcək, o cümlədən idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və Birinci Avropa Oyunlarına həsr olunmuş sərgi təşkil ediləcək. Eyni zamanda, təbliğat və məlumat xarakterli materiallar paylanacaq.

Səfər sentyabrın 28-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR