Təhsil Nazirliyi tərəfindən yeni elektron dərslik portalı istifadəyə verilib

Təhsil Nazirliyi tərəfindən yeni elektron dərslik portalı istifadəyə verilib
# 01 oktyabr 2014 13:05 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Təhsil Nazirliyi tərəfindən yeni www.e-derslik.edu.az elektron dərslik portalı istifadəyə verilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artıracaq. Məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə biləcəklər. İstifadəçilər onlayn formada və ya planşetlərdə yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanacaqlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradacaq.

Elektron dərsliklərin əyani vəsaitlərin mövcudluğu - qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri, böyük həcmli məlumatların saxlanması, mətnlər üzərində qeydlərin aparılmasının mümkünlüyü, rahat istifadə - axtarış sisteminin mövcudluğu kimi digər üstünlükləri də mövcuddur.

Qeyd edək ki, hazırda VI sinif üzrə 10 dərslik elektron formatda e-dərslik elektron kitab rəfində yerləşdirilib. Bu ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə 5 dərslik də elektron formatda istifadəçilərə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR