Səxavət Əlisoy Müsavat başqanlığına namizədliyini irəli sürüb

Səxavət Əlisoy Müsavat başqanlığına namizədliyini irəli sürüb
# 12 sentyabr 2014 13:50 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat başqanının keçmiş müşaviri Səxavət Əlisoy partiya başqanlığına namizədliyini rəsmən irəli sürüb.

Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib. Onun sözlərinə görə, S. Əlisoy Müsavat başqanlığına namizəd olmaq üçün ərizə ilə partiyanın müvafiq qurumuna müraciət edib.

Xatırladaq ki, bununla Müsavat Partiyası başqanlığına namizədlərin sayı 4-ə çatıb. S. Əlisoydan əvvəl Tural Abbaslı, Arif Hacılı, Qubad İbadoğlu da namizəd kimi qeydə alınıb.

Partiya qurultayını sentyabrın 27-nə təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR