Ötən ay Azərbaycanda 0,1% inflyasiya qeydə alınıb

Ötən ay Azərbaycanda 0,1% inflyasiya qeydə alınıb
# 02 dekabr 2014 13:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,2% bahalaşıb, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,1% bahalaşıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində mal, qoyun və toyuq ətlərinin, balıq məhsulları, limon, portağal, naringin, alman, heyva, nar, xurman, kələm, göyərti, baş soğan, kök, çuğundurun qiymətlərində ucuzlaşma, buğda unu, əla növ buğda çörəyi, düyü, qarabaşaq yarması, kolbasa məmulatları, süd və süd məhsulları, yumurta, kərə və zeytun yağları, üzüm, qoz, fındıq, şabalıd, xiyar, pomidor, kartof, sarımsaq, duz, şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR