Dow Jones indeksi 0,2% enib, S&P 500 dəyişməyib, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,2% enib, S&P 500 dəyişməyib, Nasdaq 0,1% yüksəlib
# 14 may 2013 06:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 15 092 bəndədək enib, S&P 500 dəyişməyib və 1 634 bənd təşkil edib, Nasdaq 0,1% - 3 439 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına bir sıra müsbət və mənfi amillər təsir edib. Belə ki, «Wall Street Journal»ın məlumatına görə, Federal Ehtiyat Sistemi bazardan aktivlərin alınması proqramını tədricən azalmaq niyyətindədir, lakin rəsmi orqanlarda bu məlumat hələlik təsdiqini tapmayıb. Bundan başqa, bazara təsir edən amillər sırasında ölkədə pərakəndə ticarət dövriyyəsinin apreldə artması və FES rəhbəri Ben Bernankenin ölkənin maliyyə sistemində hələ də çətinliklərin mövcudluğu barədə bəyanatını qeyd etmək olar.

Avropa fond bazarlarında mayın 13-də FTSE 100 indeksi 0,1% - 6 632 bəndədək, Almaniya DAX-ı 0,01% - 8 279 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,2% - 3 945 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 439,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3015 (+0,3%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR