«Elbara» restoranında gigiyenik qaydaların pozulduğu aşkarlanıb - FOTOSESSİYA

«Elbara» restoranında gigiyenik qaydaların pozulduğu aşkarlanıb - <span style="color: red;">FOTOSESSİYA
# 28 dekabr 2013 14:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Səbayel rayonu, Zahid Xəlilov küçəsində yerləşən «Elbara» restoranında dövlət nəzarəti tədbirləri həyata keçirib.

Komitənin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, kulinariya məmulatları reseptura olmadan gözəyarı hazırlanır, müəssisənin akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi mövcud deyil, mütəmadi olaraq sınaq üçün laboratoriyaya nümunələr təqdim olunmur, mətbəxdə kifayət qədər soyuducu olmasına baxmayaraq, məhsullar düzgün yerləşdirilmir, soyuducuda mal qonşuluğu gözlənilmir, temperatur rejiminə düzgün əməl olunmur.

Bundan başqa, mətbəxdə çalışan personalın heç bir gigiyenik norma və qaydaya əməl etmədiyi, yeməklərin bir neçə gün öncədən bişirilərək soyuducuda saxlanıldığı və təzə bişirilmiş kimi müştərilərə təqdim olunduğu müşahidə edilib. Tələb olunan normativ hüquqi sənədlər yoxlamaya təqdim edilməyib.

Müəssisədə hazırlanan yeməklərə orqanoleptiki baxış keçirilib, ət farşı, «Paytaxt» salatı, «Fransız» salatı, ətli blinçikdən nümunələr götürülərək, Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.

Araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR