Bu gün Kürdəmir rayonunun qaz təchizatında fasilələr olacaq

Bu gün Kürdəmir rayonunun qaz təchizatında fasilələr olacaq
# 18 dekabr 2012 09:39 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Kürdəmir rayonunun qaz təchizatında təmir işləri ilə əlaqədar məhdudiyyətlər olacaq.

ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq dekabrın 18-də saat 13:00-dan 18:00-dək «Ağsu» Qazpaylayıcı Stansiyasından qidalanan «Kürdəmir» qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri müddətində Kürdəmir rayonuna mavi yanacağın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR