«Azər-Türk Bank» Məlumat Mərkəzini yaradıb

«Azər-Türk Bank» Məlumat Mərkəzini yaradıb
# 27 dekabr 2012 11:58 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Azər-Türk Bank» ASC «945» nömrəli Məlumat Mərkəzini yaradıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «945» qısa nömrə vasitəsilə bankın məhsul və xidmətləri barəsində ətraflı məlumatları almaq mümkündür.

Bütün mobil operator və şəhər nömrələri istifadəçiləri iş günləri ərzində 945 nömrəsinə zəng edib və yaxud istənilən vaxt www.azerturkbank.biz rəsmi saytına müraciət edib, lazımi məlumatları əldə edə bilərlər.

Qeyd edək ki, «Azər-Türk Bank» ASC bütün növ bank məhsulları və xidmətləri təklif edir. Bank həmçinin aşağı faizllərlə kreditlər təklif edir.

«Azər-Türk Bank» ASC 1995-ci ildə təsis edilib. Bankın səhmdarları «T.C. Ziraat Bankası A.Ş.», «Aqrarkredit», «Ziraat Bank International AG» və «Turanbank» ASC-dir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR