Bu il Azərbaycanda sahibkarlara 280 mln. manat güzəştli kreditlər verilməsi nəzərdə tutulur

Bu il Azərbaycanda sahibkarlara 280 mln. manat güzəştli kreditlər verilməsi nəzərdə tutulur
# 11 iyul 2014 12:35 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən çox sahibkara 129 mln. manat güzəştli kredit verilib və bu kreditlər hesabına 6 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 27,4% artıb ki, onların da 98%-i kiçik kreditlərin payına düşür”.

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, verilmiş kreditlərin 79%-i regionların, 21%-i Bakı qəsəbələrinin payına düşməklə, 84%-i aqrar sahənin, 16%-i isə sənaye və digər sahələrin inkişafına yönəldilib. Maliyyələşdirilmiş 20 istehsal, emal və infrastruktur müəssisələri artıq istifadəyə verilib və ilin sonunadək 60 belə müəssisənin işə salınması planlaşdırılır.

İl ərzində sahibkarlara ümumilikdə 280 mln. manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR