Rusiya Müdafiə Nazirliyi: Qəbələ RLS-in bağlanması Rusiyanın hərbi təhlükəsizliyinə heç bir təsir göstərmir

Rusiya Müdafiə Nazirliyi: Qəbələ RLS-in bağlanması Rusiyanın hərbi təhlükəsizliyinə heç bir təsir göstərmir
# 05 aprel 2013 10:10 (UTC +04:00)

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov verib.

“Əgər Qəbələ RLS-in bağlanması Rusiyanın təhlükəsizliyini azacıq olsa belə zəiflətsəydi, biz əlbəttə ki, bakıdakı dostlarımızla icarə müddətinin artırılması barədə razılığa gələrdik. Bu gün əminliklə deyə bilərəm ki, Qəbələ RLS-in bağlanması Rusiyanın hərbi təhlükəsizliyinə təsir göstərmir”.

Anatoli Antonov Rusiyanın Azərbaycandan hərbi mülkiyyətinin və kontingentini çıxarması faktını təsdiqləyib: “Azərbaycanlı dostlarımızla sıx əməkdaşlıq şəraitində işləyirik, heç bir problem yaranmayıb. Azərbaycandan çıxan hərbçilərimizin heç biri işsiz qalmayacaq. Hər bir hərbçi üçün konkret iş, konkret mənzil nəzərdə tutulub. Bizdə SSRİ dağıldıqdan sonra baş verən hadisələr təkrarlanmayacaq”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR