ARDNŞ Novorossiysk limanından neft ixracını cüzi azaldıb

ARDNŞ Novorossiysk limanından neft ixracını cüzi azaldıb
# 02 mart 2015 15:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin fevral ayında Novorossiysk limanından 84 807 ton xam neft ixrac edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu, 2014-cü ilin fevral ayı ilə müqayisədə 0,12% azdır.

Ümümilikdə bu ilin yanvar-fevral ayları ərzində Novorossiysk limanından 254 314 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 2 ayı ilə müqayisədə 49,9% çoxdur.

ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR