Ukrayna telekanalının Azərbaycanda yayımının təşkili ilə bağlı danışıqlar aparılır

Ukrayna telekanalının Azərbaycanda yayımının təşkili ilə bağlı danışıqlar aparılır
# 20 fevral 2015 09:50 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Ukrayna televiziya kanallarından birinin Azərbaycanda yayımlanması üçün danışıqlar aparılır”.

APA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

Onun sözlərinə görə, hansı telekanalın yayımlanacağı və digər detallar barədə hələlik məlumat yoxdur.

“Biz istərdik ki, azərbaycanlılar Ukraynada baş verən hadisələri Rusiya mediasından deyil, Ukrayna telekanallarından izləsinlər və Azərbaycan mediası həqiqətlərlə birbaşa tanış olsun. Bu, cəmiyyətlərimiz arasındakı əlaqələr baxımından mühüm rol oynayacaq. Ümid edirəm ki, bu məsələ yaxın vaxtlarda reallaşacaq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR