Azərbaycanın Belçikadakı səfiri etimadnaməsini Belçika kralına təqdim edib - FOTO

Azərbaycanın Belçikadakı səfiri etimadnaməsini Belçika kralına təqdim edib   - <span style="color: red;">FOTO
# 07 dekabr 2012 12:40 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov etimadnaməsini Belçika kralı II Albertə təqdim edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdən sonra səfir Fuad İsgəndərov səmimi söhbəti zamanı Kral II Albertə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Kral II Albert də səmimi salamlarının və xoş arzularının Azərbaycan prezidentinə və xalqına çatdırılmasını xahiş edib.

Səfir Azərbaycanın Belçika ilə müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb və Cənubi Qafqaz regionunda cərəyan edən proseslər, ölkəmizin əldə etdiyi siyasi və iqtisadi nailiyyətlər, ölkəmizin enerji siyasəti və Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlığı barədə ətraflı məlumat verib.

Kral II Albert Azərbaycanın regionda mühüm ölkə olduğuna diqqət çəkərək, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini yüksək qiymətləndirib və dünya miqyaslı məsələlərin həllində ölkəmizə uğurlar arzulayıb.

Sonda Kral II Albert Fuad İsgəndərovu yeni təyinatı ilə bağlı təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzulayıb və Belçika hökumətinin müvafiq əməkdaşlıq üçün hər zaman zəruri dəstək göstərəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR