Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək
# 03 dekabr 2012 11:03 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 6-da Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək.

Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə qida sənayesi, tikinti və arxitektura, İKT, mebel istehsalı, toxuculuq, mədəniyyət, turizm, bankçılıq, zərgərlik məmulatları, daşınmaz əmlak və digər sektorları təmsil edən İtaliya sahibkarları iştirak edəcəklər.

Tədbirdə iştirak etmək istəyən iş adamları Azpromo-ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR