Bank Of Baku

Məcnun Məmmədov: Azərbaycanda kənd təsərrüfatında 30-dan çox potensial süni intellekt tətbiqi müəyyənləşdirilib

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov

© APA | Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov

# 08 sentyabr 2026 12:36 (UTC +04:00)

“Azərbaycan uzun illərdir dövlət idarəçiliyinin və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində ardıcıl addımlar atır”.

APA xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransında deyib.

Nazir Azərbaycanın kənd təsərrüfatında rəqəmsal transformasiyanın yeni mərhələyə keçdiyini və süni intellekt əsaslı həllərin sektorun inkişafında mühüm rol oynayacağını bildirib.

O qeyd edib ki, Azərbaycanın 2025–2028-ci illər üzrə Süni İntellekt Strategiyası süni intellektin inkişafı və məsuliyyətli tətbiqi üçün milli çərçivə formalaşdırır.

M.Məmmədov bildirib ki, kənd təsərrüfatında rəqəmsal proseslərin qurulmasından kənd təsərrüfatı məlumatlarından daha ağıllı istifadəyə keçid başlayıb. Onun sözlərinə görə, hazırda sektor üzrə 30-dan çox potensial süni intellekt tətbiqi müəyyənləşdirilib.

Bu həllər sırasında bitkilərin sağlamlığının monitorinqi, məhsuldarlığın proqnozlaşdırılması, suvarmanın idarə edilməsi, torpaqların xəritələşdirilməsi, əkin sahələrinin yoxlanılması, fermerlərin qiymətləndirilməsi, həmçinin örüş və heyvan sürülərinin idarə olunması yer alır.

Nazir vurğulayıb ki, süni intellekt əsaslı sistemlər peyklər, dronlar, iqlim stansiyaları, sahə müşahidələri, torpaq analiz sensorları və kənd təsərrüfatı texnikasından əldə edilən məlumatları bir araya gətirməklə daha dəqiq qərarların qəbuluna imkan yaradacaq.

O bildirib ki, bitkilərin sağlamlığının monitorinqi üzrə tətbiq edilən həllər xəstəlik və zərərvericilərlə bağlı risklər barədə 72 saatadək əvvəlcədən xəbərdarlıq edə bilər.

M.Məmmədov əlavə edib ki, suvarmanın idarə edilməsində süni intellektdən istifadə suya tələbatın və suvarma fəaliyyətlərinin real vaxt rejimində qiymətləndirilməsinə imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR