NTV: «Türkiyə NATO-dan tələb etdiyi «Patriot»ların hamısını ala bilməyəcək»

NTV: «Türkiyə NATO-dan tələb etdiyi «Patriot»ların hamısını ala bilməyəcək»
# 29 noyabr 2012 03:49 (UTC +04:00)

Bakı-APA. Türkiyə hökuməti NATO-dan istədiyi Patriot raket komplekslərinin hamısını ala bilməyəcək. APA-nın məlumatına görə, Türkiyənin NTV telekanalı belə bir fikri səsləndirib.

Telekanalın fikrincə, Ankara Suriya ilə sərhəddə yerləşdirmək üçün NATO-dan 18-20 raket batareyası istəyib.

«ABŞ istisna olmaqla, Türkiyənin NATO üzrə müttəfiqlərində ehtiyatda 24 Patriot qurğusu var. İlkin mərhələdə Türkiyəyə 8 qurğu kifayət etməlidir. Təhlükə artdıqca bu miqdar artırıla bilər, yaxud da təhlükəsizliyi təmin etmək üçün digər imkanlardan istifadə ediləcək. İstənilən halda müttəfiqlər ehtiyatda olan Patriot qurğularının ən çoxu yarısını Türkiyəyə verə biləcəklər», deyə telekanalın şərhçisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR