Avstraliya səfiri: “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və regiondakı vəziyyət barədə məlumatlıyıq” 

Avstraliya səfiri: “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və regiondakı vəziyyət barədə məlumatlıyıq” 
# 28 noyabr 2012 13:12 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə müxtəlif məsələlər, o cümlədən Azərbaycan və Avstraliya arasında iqtisadi və siyasi münasibətlərin genişləndirməsinə göstərilən səylər, gələn ilin əvvəlindən Azərbaycanın bu ölkədə səfirliyinin fəaliyyətə başlayacağı müzakirə olunub.

Eyni zamanda, Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamməddin Qasımov 25 oktyabr tarixində Avstraliyanın Yeni Cənubi Uels ştatının qanunverici şurasının iclasında şura üzvü - millət vəkili Meri Fikkara (Marie Ficcara) tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına çağırışın yer aldığı təklifin irəli sürüldüyünü və bunun bəzi mətbuat orqanlarında sözügedən ştatın Dağlıq Qarabağın müstəqilliyini tanıması kimi təqdim edilməsini səfirin diqqətinə çatdırıb.

Səfirə erməni lobbi qrupları tərəfindən dünyanın müxtəlif ölkələrində Azərbaycana qarşı böhtan kampaniyası aparması barədə məlumat verilib, belə xoşagəlməz halların həmin parlament üzvlərinin geosiyasi reallıqlar barədə məlumatsızlığından irəli gəldiyi vurğulanıb.

İ. Biqqs Azərbaycanın Avstraliyada səfirliyinin açmasının təqdirəlayiq hal olduğunu bildirərək, bunun iki ölkə arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini vurğulayıb.

Səfir Azərbaycana səfər etdiyini, ölkədəki qaçqın və məcburi köçkünlərin vəziyyətindən xəbərdar olduğunu əlavə edib. O, ölkəsinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində danışıqları dəstəklədiyini vurğulayıb.


Görüşün sonunda səfirə Kanadanın tanınmış jurnalisti Skott Teylorun qələmə aldığı “Barışmaz ziddiyyətlər: Türkiyə, Ermənistan, Azərbaycan” (Unreconciled Differences: Turkey, Armenia and Azerbaijan) kitabı hədiyyə olunub.

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılmasını barədə 4 qətnamə qəbul edib. Bundan başqa, BMT Baş Assambleyası, Avropa Şurası, Avropa parlamenti və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən müvafiq sənədlər qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR