Bank Of Baku

Gürcüstanda 2 Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanda 2 Azərbaycan vətəndaşı saxlanılıb
# 08 may 2018 12:35 (UTC +04:00)

Gürcüstana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr keçirməyə cəhd edən 2 Azərbaycan vətəndaşı saxlanılıb.
 
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib.  O bildirib ki, mayın 7-də Gürcüstan-Türkiyə sərhədində yerləşən “Kartsaxi” sərhəd-keçid məntəqəsində 1969-cu təvəllüdlü S.E. və 1982-ci il təvəllüdlü P.Ş. adlı Azərbaycan vətəndaşları saxlanılıb: “Onların maşınında axtarış zamanı 1400 ədəd “suboksin” həbi aşkarlanıb”.
 
Gürcüstan DİN faktla bağlı istintaq aparır. Saxlanılan şəxsləri 15 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR