AMEA-da doktorantların əyani şöbədən qiyabi şöbəyə axını başlayıb

AMEA-da doktorantların əyani şöbədən qiyabi şöbəyə axını başlayıb
# 16 noyabr 2012 14:32 (UTC +04:00)

Bu barədə APA-ya AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu bildirib. Onun sözlərinə görə, baş verən tendensiya AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında da müzakirə edilib: “Son zamanlar əyani şöbədə oxuyan bir neçə doktorantın qiyabi şöbəyə keçməsi narahatlıq yaradıb. Mövcud qanunvericiliyə görə, əyani şöbədə təhsil alan doktorantlar əmək fəaliyyəti ilə məşğul ola bilməzlər. Fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorantların təqaüdləri isə cəmi 110 manatdır”.

S. Abbasoğlu deyib ki, müzakirələr zamanı AMEA-nın bütün institutlarında baş verən tendensiyanı araşdırmaq, nəticələri təhlil etmək və sonda Azərbaycan nazirlər kabinetinə təkliflər hazırlamaq qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR