Gürcüstanda üç sabiq nazir dindirilmək üçün daxili işlər nazirliyinə çağırılıb

Gürcüstanda üç sabiq nazir dindirilmək üçün daxili işlər nazirliyinə çağırılıb
# 22 dekabr 2012 19:09 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Daxili İşlər Nazirliyi sabiq baş nazir Nika Gilauri və sabiq maliyyə naziri Dmitri Qvindadzeni dindirmək üçün nazirliyə çağırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan daxili işlər nazirliyi bəyanat yayıb.

Məlumatda bildirilib ki, hər iki sabiq nazir Korrupsiyaya qarşı Mübarizə Agentliyi tərəfindən “Kart” bankının müflisləşməsi ilə bağlı dindirilmək üçün çağırılıb.

Qeyd edək ki, dindirilmək üçün hər iki nazirə xəbərdarlıq şəxsən təqdim edilib.

Qeyd edək ki, bu gün sabiq maliyyə naziri jurnalistlərə açıqlamasında dindirilmə üçün xəbəri bu gün səhər aldığını və bütün suallara cavab vermək üçün hazır olduğunu bildirib. “Mən istintaqla əməkdaşlıq etməyə hazıram,” sabiq maliyyə naziri Dmitri Qvindadze bildirib.

O, açıqlamasında ona veriləcək suallar barədə məlumatlı olmadığını da vurğulayıb. Sabiq nazir dindirilmək üçün vəkilsiz gəlib.

Qeyd edək ki, dünən Gürcüstanın sabiq iqtisadiyyat naziri Vera Kobaliya eyni məsələyə görə dindirilib. Sabiq baş nazir Nika Gilauri də qeyd edilən məsələyə görə şahid qismində dindiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR