Türkiyədə avtomobil qəzasında 5 nəfər ölüb

Türkiyədə avtomobil qəzasında 5 nəfər ölüb
# 30 sentyabr 2012 00:47 (UTC +04:00)
Bakı-APA. Türkiyədə baş vermiş avtomobil qəzasında 5 nəfər həlak olub. Bu barədə APA CNNTürk-ə istinadən məlumat verir. Qəza Afyonkarahisar vilayətinin Dinar ilçəsində baş verib. Minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində birincidə olan 5 nəfər həlak olub. Hadisə ilə bağlı yük maşınının sürücüsü həbs edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR