Avropada suyu ən təmiz olan çimərliklər İspaniya, Portuqaliya və İtaliyadadır

Avropada suyu ən təmiz olan çimərliklər İspaniya, Portuqaliya və İtaliyadadır
# 31 may 2012 07:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avropa Birliyində çimərliklərin 92%-dən çoxu Avropa təlimatında qeyd edilmiş keyfiyyət standartlarına riayət edir. «APA-Economics»in məlumatına görə, bu barədə Avropa Agentliyi və Avropa Komissiyası tərəfindən aparılan tədqiqatın nəticələrində bildirilir.

Sözügedən qurumlar çimərliklərdə suyun keyfiyyətini müəyyən etmək üçün hər il tədqiqat aparır. Bu il Avropanın 22 mindən çox sahilboyu ərazilərində, həmçinin çay və göllərində suyun keyfiyyəti yoxlanılıb.

Tədqiqata əsasən, Niderland, Bolqarıstan, Latviya, Lüksemburq və Belçika çimərliklərindəki su təlimatda nəzərdə tutulmuş keyfiyyət standartlarına qəti şəkildə uyğun gəlmir. Müəyyən olunub ki, suyu ən təmiz olan çimərliklər İspaniya, Portuqaliya və İtaliyadadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR