«Gəncəbank»ın depozit portfeli I rübdə 13% artıb

«Gəncəbank»ın depozit portfeli I rübdə 13% artıb
# 14 may 2012 14:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC-nin depozit portfelinin həcmi 2012-ci il aprelin 1-nə 5,489 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə müddətli depozitlərin həcmi 4,6% artaraq 4,730 mln. manata, tələb olunanadək depozitlər 2,4 dəfə artaraq 551 min manata, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 59% artaraq 208 min manata çatıb.

Təhlil olunan dövr ərzində bankın kredit portfeli 34% artaraq 39,670 mln. manat, o cümlədən qısamüddətli kreditlər (12 ayadək) 53% artaraq 1,503 mln. manat, uzunmüddətli kreditlər (12 aydan artıq) 12 dəfə artaraq 37,552 mln. manat, istehlak kreditləri 50% azalaraq 1,522 mln. manat təşkil edib.

Xatırladaq ki, «Gəncəbank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 5 filialı, 6 bankomatı və 16 POS-terminalı var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR