ARDNF-ın icraçı direktoru Dubay İnvestisiya Korporasiyasının nümayəndələrini qəbul edib

ARDNF-ın icraçı direktoru Dubay İnvestisiya Korporasiyasının nümayəndələrini qəbul edib
# 20 aprel 2012 11:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Dubay İnvestisiya Korporasiyasının nümayəndələrini qəbul edib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, Ş.Mövsümov ARDNF-ın fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, suveren fondlar, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-ın aparıcı rolu barədə ətraflı məlumat verib.

Görüş zamanı Fond tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti xüsusi vurğulanıb. Görüşün sonunda Ş.Mövsümov ARDNF-ın fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR