Balakən sakininin meyiti tapılıb

Balakən sakininin meyiti tapılıb
# 07 oktyabr 2012 07:53 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Azərbaycanın Balakən rayonunda 58 yaşlı kişinin meyiti evdə aşkarlanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) növbətçi həkimi çağırışla rayonun Mahmalar kənd sakini, 1954-cü il təvəllüdlü Quliyev Ramazan Şahruddin oğlunun yaşadığı evə gedib.
Həkim evə daxil olan zaman 58 yaşlı Ramazan Quliyevin meyitini aşkar edib.

Ramazan Quliyevin meyiti Balakən MRX-a aparılıb. Məlumatda o da bildirilir ki, Ramazan Quliyevin meyiti aşkar edilən zaman onun üzərində heç bir zorakılıq əlamətləri olmayıb.

Hazırda Balakən rayon hüquq-mühafizə orqanları tərəfindən Ramazan Quliyevin hansı şəraitdə ölməsi araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR