BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib
# 19 mart 2016 01:35 (UTC +04:00)

Bakı-APA. BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT TŞ-nın bəyanatında bildirilir.

Qeyd olunub ki, Şimali Koreyanın yürütdüyü siyasət beynəlxalq təhlükəsizliyə təhdid yaradır .

“BMT Təhlükəsizlik Şurası raketlərin buraxılmasından sonra Koreya yarımadasındakı vəziyyəti izləyərək zəruri addımlar atacaq. Rəsmi Pxenyan martın 10-da və 18-də ballistik raket sınağı keçirməklə BMT Təhlükəsizlik Şurasının beş qətnaməsini pozub ”, sənəddə vurğulanıb.

Xatırladaq ki, ötən gün Şimali Koreya Yapon dənizinə doğru iki ballistik raket buraxıb. BMT TŞ martın əvvəlində KXDR-ə qarşı yeni sanksiyalar paketini yekdilliklə qəbul edib. Buna səbəb Şimali Koreyanın fevralda nüvə sınaqları və ballistik raketlərin buraxılışı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR