Meksikada 80 avtomobil toqquşub, 9 nəfər ölüb, 22 nəfər yaralanıb

Meksikada 80 avtomobil toqquşub, 9 nəfər ölüb, 22 nəfər yaralanıb
# 25 dekabr 2015 03:18 (UTC +04:00)

Bakı-APA. Meksikada 80 avtomobilin toqquşması ilə nəticələnən iri yol qəzası baş verib.

APA-nın RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Mexiko şəhərinin dairəvi yolunda baş verib. Qəzaya səbəb güclü duman olub. Qəzaya düşən nəqliyyat vasitələri arasında azı 5 yük maşını və 2 sərnişin avtobusu var.

Hadisə yerinə 100-dək xilasedici cəlb edilib, nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR